İspaniyanın "Marca“ nəşri öz saytında cari mövsümdə "Barselona"nın ən yaxşı oyunçusu ilə bağlı səsvermə keçirir.

Offsideplus.az xəbər verir ki, davam edən səsvermənin hazırki nəticələri çoxlarını təəccübləndirib.

İndiki nəticələrə əsasən ən çox səs kataloniyalıların 28 yaşlı alman qapıçısı Mark-Andre ter Şteqenə verilib. Lionel Messi isə səsvermədə ikinci, 20 yaşlı Rikard Puç üçüncüdür.

Azarkeşlər ən pis oyunçular sırasında Samuel Yumtiti, Usman Dembeleni və Junior Firponu görür.