"Betis" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Betis" ölkə çempionatında 41 xalla 13-cü pillədə qərarlaşıb.