"Barselona" klubunun fransalı hücumçusu Antuan Qrizmann komandadakı gələcəyi ilə bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu Kataloniya təmsilçisindən ayrılmağı düşünmür.

Forvard “Barselona” forması ilə Çempionlar Liqasını qazanmaq niyyətindədir. O, son zamanlar az oynasa da, əsas heyətdə möhkəmlənməyi düşünür.

Qeyd edək ki, İspaniya mediasında onun mövsümün sonunda "Barselona"dan ayrılacağı və "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.