Madrid “Atletiko”su İspaniya La Liqasının 35-ci turunda “Selta” ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu sözügedən səfər matçında Joao Feliksin köməyindən istifadə edə bilməyəcək.

La Liqanın 34-cü turunun “Malyorka” ilə matçında (3:0) zədələnən portuqaliyalı hücumçu, “Selta”yla görüşü buraxacaq.

Qeyd edək ki, “Selta” - “Atletiko” matçı sabah, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.