"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa vətəni İspaniyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı qolkiper "Sevilya"nın maraq dairəsindədir.
"Sevilya" İspaniya millisinin üzvünü icarəyə götürmək üçün ingilislərə rəsmi təklif göndərib.
Qapıçı özü illik 9 milyon avro maaş tələb edib. Onu həmçinin "Valensiya" da heyətinə qatmaq fikrindədir.