"Fənərbağça"nın "sükanı" arxasına keçəcəyi gözlənilən Manuel Pelleqrininin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 66 yaşlı çilili mütəxəssis İspaniyanın "Real Betis" klubu ilə anlaşıb.
Məlumatı baş məşqçinin meneceri təsdiqləyib. "Real Betis" klubunun rəhbərliyi də mütəxəssislə görüşün keçirildiyini və onunla tezliklə müqavilə imzalayacaqlarını bildirib.
Qeyd edək ki, adı "Fənərbağça" ilə hallanan Pelleqrini son olaraq İngiltərənin "Vest Hem" klubunu çalışdırıb.