"Barselona”nın düşərgəsində gərgin ab-hava davam edir.
Offsideplus.az xəbər verir ki, gərginlik "Selta” ilə oyundan (2:2) sonra yaşanıb. Futbolçular baş məşqçi Kike Setyendən narazılıqlarını bildiriblər.
Oyunçularla baş məşqçi arasında mübahisə paltardəyişmə otağında yaşanıb. Futbolçular Setenin taktiki dəyişikliklərindən, iş metodundan narazı olduqlarını açıq şəkildə bildiriblər.
Oyunçular vurğulayıblar ki, iş sistemin də dəyişiklik olmasa, uğur qazanmaq mümkünsüz olacaq.
Qısa müddət əvvəl Messi ilə Qrizmann arasında da mübahisə yaşanmışdı.
Qeyd edək ki, liderliyi "Real Madrid"ə verən "Barselona" hazırda 69 xalla ikincidir.