"Barselona" klubunun dünən Bilbao "Atletik"i ilə keçirilən matçından (1:0) əvvəl baş tutan məşq prosesində qalmaqal yaşanıb.

Offsideplus.az İspaniya mediasına istinadən xəbər verir ki, dəfələrlə aralarında mübahisə düşən Messi ilə Qrizmann bu dəfə də "ənənələrinə" sadiq qalıblar.

Belə ki, Kataloniya təmsilçisinin məşqi zamanı argentinalı ulduz fransalı ilə söz "davasına" çıxıb. Sonda isə futbolçular bir-birinə hücum çəkib.

Gərginlik o yerə çatıb ki, baş məşqçi Kiki Setyen və digər oyunçular onları güclə ayırıblar.

Qeyd edək ki, İspaniya mətbuatında "Barselona"nın "İnter"in ulduzu Lautaro Martinezi alacağı təqdirdə Qrizmannın "Mançester Yunayted"ə gedəcəyi barədə xəbərlər yayılıb.