"Mançester Yunayted" "Real Madrid"in futbolçusuna elçi düşüb.
Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” gənc Marko Assensionu yayda heyətinə qatmaqda israrlıdı.
İngiltərə təmsilçisi bu keçid müqabilində qarşı tərəfə nə az, nə çox, düz 200 milyon avro təklif edib. Lakin bundan xəbərdar olan “kral klubu”nun lideri Kriştianu Ronaldo rəhbərlikdən Asensionu saxlamağı tələb edib. Klubu ilə müqavilə müddəti 2023-cü ilə qədər olan 22 yaşlı hücumameylli oyunçu cari mövsüm meydana çıxdığı 40 matçda 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.