“Barselona” klubu La Liqanın 30-cu turunda “Sevilya” ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi sözügedən səfər qarşılaşmasında Frenki de Yonqun köməyindən istifadə edə bilməyəcək. Niderlandlı yarımmüdafiəçi zədə səbəbindən “Sevilya” ilə matçda forma geyinməyəcək.
Qeyd edək ki, “Sevilya” - “Barselona” matçı iyunun 19-da keçiriləcək.