Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, lider “Barselona” bu turda autsayder “Leqanes”i qəbul edib. Kataloniya təmsilçisi bu oyundan 2-0  hesablı qələbə ilə ayrılıb. Qolları Ansu Fati (42) və Lionel Messi (69 pen) vurub.

Qeyd edək ki, "Barselona" bu qələbədən sonra 64 xalla turnir cədvəlinə başçılıq edir.