İspaniya La Liqasının XXVIII turunda "Eybar" üzərində qələbə qazanan "Real"ın (3:1) iki futbolçusu zədələnib.

Offsideplus.az xəbər verir ki, görüşün 61-ci dəqiqəsində meydana daxil olan Qaret Beyl əzələsində narahatlıq hiss edib. Matçı buraxan Lukas Vaskesdə isə yenidən əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən hər iki oyunçu məşqi buraxıb.

Qeyd edək ki, "Real" növbəti oyunu iyunun 18-də evdə "Valensiya"ya qarşı keçirəcək.