“Barselona” klubunun La Liqanın 28-ci turu çərçivəsində “Malyorka”nı məğlub etdiyi (4:0) oyun İvan Rakitiç üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, sözügedən matç Rakitiçin Kataloniya təmsilçisində 300-cü oyunu olub.
Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2014-cü ildən “Barselona”da çıxış edir. 32 yaşlı futbolçunun “Barsa” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.