"Barselona"nın sabiq qapıçısı Viktor Valdes "Horta" komandasının baş məşqçisi olub.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdən 4-cü liqa təmsilçisinə rəhbərlik edəcək.
1922-ci ildə təsis edilən "Horta" klubu Kataloniyada yerləşir. Komandanın ən böyük uğuru 1952-ci ildən 1959-cu ilədək İspaniyanın 3-cü liqasında çıxış etməsidir.
Qeyd edək ki, 2017-ci ildə karyerasını başa vuran Viktor Valdes 6 dəfə İspaniya La Liqasının, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Sabiq qolkiper İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatında qızıl medal qazanıb. O, 2019-cu ildən "Barselona"nın gənclər komandasında işləyib.