"Real Madrid" yarımmüdafiəçisi Kasemiro ilə müqaviləni uzadıb.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Klubun 28 yaşlı oyunçu ilə bir neçə ay əvvəl anlaşdığı, ancaq rəsmi açıqlama verməyə tələsmədiyi bildirilib.

Qeyd edək ki, 2013-cü ildən "Real"da çıxış edən Kasemiro bu mövsüm La Liqada 25 oyuna 3 qol vurub.