"Leqanes" koronavirus pandemiyası səbəbindən azarkeşlərinə jest edib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi abunə kartı olan fanatlarına növbəti mövsüm ev oyunlarına girişi pulsuz edəcək.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Çempionatın bərpa olunacağı təqdirdə oyunlar azarkeşsiz keçiriləcək. Bu səbəbdən də "Leqanes" rəhbərliyi belə qərar qəbul edib.