"Real" üzvü Kasemiro ilə müqavilə yeniləyib.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu ilə yeni saziş 2023-cü ilə qədər nəzərdə tutulub.
Məlumatı "Marca" nəşri yayıb. Xəbərdə Madrid təmsilçisinin 28 yaşlı yarımmüdafiəçi ilə 1 ay öncə anlaşdığı qeyd olunub. Klubun tezliklə rəsmi açıqlama verəcəyi bildirilib.
Qeyd edək ki, Kasemiro "Real"ın heyətində bu mövsüm 25 qarşılaşmada 3 qol vurmağı bacarıb.