“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenlə razılığa gəlməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı qolkiper klubu ilə müqavilə müddətini 2025-ci ilə qədər uzatmağa hazırlaşır.
Rəhbərliklə futbolçu arasında koronavirus pandemiyası dönəmində dondurulan danışıqlar yenidən bərpa olunub. Bəzi tələblərindən imtina edən Almaniya millisinin üzvü yeni sazişə qol çəkməyə ilkin razılıq verib.
Qeyd edək ki, ter Ştegenin “Barselona” ilə hazırkı sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir.