"Barselona" klubunun fransalı futbolçusu Samuel Umtiti zədələnib.

Offsideplus.az xəbər verir ki, o, bugünkü məşq zamanı sağ ayağından zədə alıb. 26 yaşlı müdafiəçinin bərpa müddətinin məlum olmadığı bildirilib.

Qeyd edək ki, S.Umtiti bu mövsüm zədə səbəbindən cəmi 11 matçda oynayıb.