Arda Turan "Barselona"ya keçidi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, "İnstagram"da canlı yayım verən türkiyəli yarımmüdafiəçi "Mançester Yunayted"in də onu heyətinə qatmaq istədiyini bildirib:

"Barselona"dan ayrılmağım mənə təsir etdi. Valverde oynamaq üçün çox şans vermədi. Ancaq Messi və Suaresə ən çox köməyi mən edirdim. Menecerim "Barselona"ya keçəcəyimi deməmişdi. Bu barədə yalnız transfer reallaşandan 15 gün sonra bildim. Bu müddətdə həmin komandanın "Bavariya" olduğunu düşünürdüm. Menecerimlə bir yerdə idik, çantasından yerə düşən sənəddə "Barselona"nın loqosunu gördüm. Gözlərimə inana bilmirdim. 2014-cü ildə "Atletiko"da olarkən "Mançester Yunayted"ə keçməyə çox yaxın idim, lakin transfer son anda baş tutmadı".