"Barselona" klubunun uruqvaylı futbolçusu Luis Suares zədəsini tam sağaldıb.
Offsideplus.az xəbər verir ki, sözügedən hücumçu Kataloniya klubunun bugünkü məşqində iştirak edib.
Qeyd edək ki, Suares yanvarda "Atletiko"ya qarşı oyunda zədələnmişdi. Bu səbəbdən o, dizindən əməliyyat olunmuşdu.