Futbol üzrə İspaniya La Liqasının başlayacağı tarix açıqlanıb.

Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Leqanes"in baş məşqçisi Xavyer Agirre çempionatının iyunun 20-də bərpa olunacağını söyləyib: "Bizə rəsmi olaraq bildiriblər ki, La Liqa iyunun 20-də başlayıb, iyulun 26-da bitəcək. Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırdıq. Sabah toplanışa başlayacağıq".

Qeyd edək ki, La Liqanın oyunları martın 12-də koronavirus pandemiyası üzündən dayandırılıb.