“Real Madrid”in kolumbiyalı hücumçusu Xames Rodriqez karyerasını “Atletiko Madrid” komandasında davam etdirmək istəyir.
Offsideplus.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Atletiko Madrid” futbolçunu keçən transfer pəncərəsində heyətinə qatmaq istəsə də, “Real”ın prezidenti Florentino Peres onu satmaqdan imtina etmişdi.
X.Rodriqezin “Real Madrid” klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, cari mövsümdə yeddi oyunda meydana çıxan kolumbiyalı futbolçu bir dəfə fərqlənib.