La Liqa rəhbərliyi koronavirus səbəbindən oyunların boş tribunalar önündə keçirmək üçün variantlar üzərində düşünür. 

Offsideplus.az xəbər verir ki, oyunların süni azarkeş səs-küyü şəraitində keçirilməsi müzakirə olunur. Bu futbolçular üçün daha ənənəvi ab-hava yaratmaqla yanaşı, həm də televiziya tamaşaçılarının oyunçular arasındakı dialoqu eşitməmələrinə səbəb ola bilər.

Variantlar arasında tribunalarda müxtəlif rənglərdə xüsusi stendlərin yerləşdirilməsi də var. Onlar azarkeşlərin mövcudluğunu vizual imitasiya edəcəklər.

Qeyd edək ki, İspaniya çempionatı martda koronavirus pandemiyası ilə əlaqədar 27-ci turdan dayandırılıb. La Liqanın iyunda bərpası planlaşdırılır.