"Barselona" klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç komandanı tərk etmək niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçunun mövsüm sonunda “Atletiko”ya keçəcəyi yazılırdı. Ancaq xorvatiyalı “Barselona”da qalmaq istəyir.
Daha öncə onun baş məşqçi Kike Setyenin planlarına daxil olmadığı bildirilirdi.