İspaniyada futbolun yenidən başlamasına qərar verilib.
Offsideplus.az xəbər verir ki, sözügedən ölkə 5-12 iyun tarixləri arasında liqaya yenidən başlamağı planlaşdırır. İspaniyanın baş naziri Pedro Sançesin açıqladığı tədbirlərə uyğun olaraq, futbolçulara mayın 4-dən fərdi məşqlərə başlamasına icazə veriləcək.
Mayın 18-dək fərdi məşqlərin ediləcəyi ölkədə bundan sonra qrup halında məşqlərə başlanacaq. İyunun 1-də komandalar hazırlıqlarını tam heyət olaraq davam etdirəcəklər.
La Liqa prezidenti Xavyer Tebas oyunların azarkeşsiz keçiriləcəyini bəyan edib.