Yeni mövsümün transfer çalışmalarına indidən başlayan "Barselona", PSJ-də çıxış edən sabiq ulduzu Neymar və "İnter"in formasını geyinən Lautaro Martinez üçün maraqlı plan ortaya qoyub.
Offsideplus.az xəbər verir ki, Katalon klubuna yaxınlığı ilə tanınan "Mundo Deportivo"nun jurnalisti Françesk Aqilar rəhbərliyin sözügedən futbolçuları transfer etmək üçün Messi və Ter Ştegen xaric bütün futbolçuları satışına icazə verəcəyini yazıb.
İspan müxbir sosial media hesabından etdiyi açıqlamada "Neymar və Lautaronu transfer etmək üçün çox böyük məbləğdə pula ehtiyac var. Qorxunc rəqəmdir" ifadəsini işlədib.
Aqilar Artur Melonun "Juventus"a keçəcəyini iddia edib. O, Antuan Qrizmann və Osman Dembele ilə yanaşı, klubun rəmzlərindən sayılan Pike və Busketsin də komandadan ayrıla biləcəyini bildirib.