İspaniya "Real Madrid"i Luka Zidanla müqaviləsini uzatmayacaq.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Rasinq"də icarədə olan baş məşqçi Zinəddin Zidanın oğlu yayda "Kral klubu"nu tərk edəcək. 21 yaşlı qapıçının mövcud müqaviləsi müddəti 30 iyun tarixində bitir. Qapıçı müqaviləsi bitən kimi Fransa PSJ-sinə dönəcək. 

Qeyd edək ki,, 21 yaşlı ukraynalı qolkiper Andrey Lunin "Real Madrid"də Tibo Kurtuadan sonra ikinci qapıçı ola bilər.