"Barselona" rəsmiləri Neymar və Lautaro Martinesi transfer etmək istəyindən əl çəkmirlər.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi maraqlandığı futbolçulara öz oyunçularını təklif edəcək. Rəhbərlik 3 şəxsdən - qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Frenki de Yonq və hücumçu Lionel Messidən başqa hamını dəyişdirilmək üçün istifadə edə bilər.
Qeyd edək ki, "İnter" Lautaro Martines üçün 111 milyon, PSJ isə Neymarın transferi üçün 150 milyon avro tələb edir.