“Valensiya” klubu da futbolçularının məvaciblərini azaldacaq.
Offsideplus.az xəbər verir ki, “yarasalar”ın koronavirus pandemiyası səbəbindən yaranacaq maliyyə itkisini azaltmaq üçün belə qərar qəbul etdiyi bildirilib.
“Valensiya” rəhbərliyi La Liqada mövsüm tamamlanmazsa, məvacibləri 18 faiz, oyunlar azarkeşsiz keçirilsə, 9 faiz azaldacaq.