"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubunu dəyişəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, yayılan xəbərlər içərisində "Barselona"nın maaşları azaltmaq üçün onu satmaq istədiyinə dair xəbərlər xorvat oyunçunu qəzəbləndirib:

"Mən valyuta rolunda olmaq istəmirəm. Mən bir kartof torbası da deyiləm. Mənə hörmətlə yanaşmaq lazımdır. Mənə dəyər verilən yerdə olmaq istəyirəm. Burada dəyər verilirsə, sevinərəm, yox, əgər dəyər verilmirsə, qərar verəcəyim başqa yerdə olacam. Öz gələcəyimlə bağlı qərar verəcəm, başqaları yox".

Qeyd edək ki, Rakitiçi transfer etmək istəyən klubların sırasında futbolçunun “Mançester Yunayted”,  “Yuventus”, “Atletiko” və “Sevilya” klublarının adları çəkilir.