Mövsümün əvvəlində gözlənilmədən “Levante”yə keçən Enes Ünal yenidən köhnə klubuna qayıdır. Offsideplus.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü yeni ildən təkrar “Vilyarreal”ın formasını geyinəcək.
Müqavilə ilə “sarı sualtı qayığ”a məxsus olan Enes 29 dekabrdan etibarən doğma komandasının düşərgəsinə dönəcək.
Mövsümün əvvəlində bütün hücumçularının zədəli olması səbəbindən La Liqada qüvvədə olan özəl bir maddəyə əsasən, “Levante” oyunçunu heyətinə cəlb etmişdi. O, bu komandada 7 matça çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Enes “Vilyarreal”da da 6 matça çıxmış və 1 qola imza atmışdı.