"Barselona"nın istefası tələb olunan idarə heyəti üzvü Emili Rousaud açıqlama verib.
Offsideplus.az xəbər verir ki, E. Rousaud istefaya getmək istəməməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Bartomeu mənə zəng edib idarə heyətində dəyişikliklər etmək istədiyini dedi. Çünki mən də daxil olmaqla idarə heyətində bir neçə nəfərə artıq güvənmir. Bartomeu mətbuata futbolçuları narahat edəcək xəbərlər sızdırıldığını və buna görə işlərin qaydasında getmədiyini bildirdi. Mən ona dedim ki, mətbuatla danışmışam, amma heç vaxt oyunçuları tənqid erməmişəm. Bartomeudan pandemiya bitdikdən sonra üz-üzə danışmağı və bu məsələ ilə bağlı cavab vermək üçün mənə vaxt verməsini xahiş etdim. Mənim fikrimcə, belə şeyləri telefonda müzakirə etmək və xəbərdarlıq etmədən istefamı tələb etmək düzgün deyil. Qaydalara əsasən prezident mənim vəzifəmi aşağı sala bilər, amma prezidentliyə namizədləyimi irəli sürdüyüm üçün məni istefaya göndərə bilməz. İstefaya getmək istəməməyimlə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir. Mən hələ nə edəcəyimi bilmirəm".