Koronavirus pandemiyasına görə, təxirə salınan İspaniya La Liqası ilə bağlı yekun qərar verilib.
Offsideplus.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas paytaxt Madriddə xarici ölkələrin jurnalistləri ilə keçirdiyi videokonfrans zamanı çempionatın ən gec 6 iyunda başlayacağını bildirib.
"Yenidən yaşıl meydanlara qayıtmağı planlaşdırırıq. İspaniya və digər Avropa ölkələrində fikirimiz çempionatları ya 29 mayda, ya da ən geci 6 iyunda bərpa etməkdir"
Tebas bildirib ki, əgər liqalar 29 mayda başlasa, Çempionlar Liqası da iyul ayında qaldığı yerdən davam edəcək. Qurum rəsmisi çempionatların başlamasının iyun ayından gec olmasını istəmədiklərini bildirib və bunun növbəti mövsümün qrafikinə də ciddi təsir göstərəcəyini bəyan edib.
Qeyd edək ki, İspaniyada olduğu kimi əksər Avropa ölkələri də pandemiya səbəbi ilə bütün turnirləri təxirə salıb.