Dünya futbolunda transfer rekordu qırıla bilər.

Offsideplus.az “Mirror"a istinadən xəbər verir ki,  "Mançester Yunayted" İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Federiko Valverdeni heyətinə qatmaq istəyir.

"Qırmızı şeytanlar" qarşıdakı transfer dönəmində 21 yaşlı uruqvaylının transferini gerçəkləşdirmək üçün futbolçunun sərbəstqalma məbləğini tam ödəməlidir. Bu məbləğ isə 500 milyon avrodur. İngiltərə klubu Valverdeni transfer etməli olsa, məhz bu məbləği ödəməli olacaq.

Qeyd edək ki, dünya futbol tarixinin ən bahalı transferi Neymarın 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçididir.