Xavi Hernandes keçmiş klubu "Barselona"ya baş məşqçi kimi qayıda bilər.
Offsideplus.az "Marca"ya istindən xəbər verir ki, klubun sabiq futbolçusu, hazırda "Əl Sədd" klubunu çalışdıran mütəxəssis "Barselona"ya qayıtmağa hazır olduğunu bildirib:
"Barcelona"ya baş məşqçi olaraq qayıtmağa hazıram, amma, komanda tam yeni və sıfırdan qurulacaq. Veriləcək qərarların mənə aid olacağı bir layihəyə qoşula bilərəm. Məncə, oyunçulara yeni bir şeylər öyrədə bilərəm. Sadəcə güvənəcəyim, sadiq və düzgün adamlarla, xüsusən Karlos Puyol və Jordi Krayff kimi şəxslərlə çalışmaq istəyirəm. Klubun heyətində zərərli heç kim ola bilməz. Klubun hazırkı heyətinin transferə ehtiyacı olmadığını düşünürəm, sadəcə cinah oyunçularına ehtiyac var və mən alınarsa, Neymarın geri gəlməsini istəyərəm".
Qeyd edək ki, "Barselona" bir müddət əvvəl Xavi Hernandesi baş məşqçi postuna gətirmək istəsə də, tərəflər arasında razılıq əldə olunmamışdı.