Koronavirus "Barselona"nın müflis olmasına səbəb ola bilər.
Offsideplus.az xəbər verir ki, bu fikri Avropa Klubları Assosiasiyasının (ECA) martın 27-də baş tutan iclası zamanı Almaniyanın əsas menecerlərindən biri səsləndirib.
Məlumatı "El Pais" nəşri yayıb.
Xəbərdə menecerin "Barselona" planlaşdırılmayan bir prosesin baş verməsi halında müflis olan ilk klub olacaq", - deyə səsləndirdiyi fikri qeyd olunub. Onun sözlərinə görə, Kataloniya klubu pandemiyanın nəticəsində 140 milyon dollarlıq itki ilə üzləşə bilər.
Qeyd edək ki, "Barselona" rəhbərliyi iş gününün və əməkdaşlarının maaşlarının azaldıldığını açıqlayıb.