“Barselona”ın hücumçusu Lionel Messi koronavirusla mübarizəyə dəstək olub.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu pandemiyanın qarşısının alınması üçün Kataloniyadakı xəstəxanalarına birinə 1 milyon avro məbləğində vəsait köçürüb.
Messi öz ölkəsindəki tibbi müəssilərə də maddi yardım edib.

Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola da koronavirusa qarşı lazımi vəsaitlərin alınması üçün Barselona Tibb Kollecinə 1 milyon avro dəyərində vəsait göndərib