La Liqa rəsmiləri koronavirus təhlükəsinə baxmayaraq çempionat oyunlarını davam etdirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, “Cadena Cope” nəşri oyunların bağlı qapılar arxasında keçiriləcəyini iddia edib.

İspaniya nəşri UEFA-nın AVRO-2020-nin keçirilmə vaxtının martın 17-də baş tutacaq iclasında dəyişdiriləcəyini bildirib. Buna baxmayaraq La Liqa rəsmiləri çempionat oyunlarını keçirtməyə davam edəcəkləri qeyd edilib. Buna səbəb maliyyə hesabatıdır. Həm La Liqanı, həm Sequndanı dayandırmaq 681.4 milyon avro itirməklə nəticələnəcək.

Nəşr iddia edir ki, İspaniya klubları çempionatların dayandırılacağı təqdirdə yayım hüququndan 549, bilet satışından 88, turniket qəbzlərindən isə 41,4 milyon avro itiricəklər.

Buraya sponsor pulu, bar, otel və nəqliyyat kimi əlavə xərclər daxil deyil

Bu səbəbdən də La Liqa rəhbərliyi turniri davam etdirmək niyyətindədir.

Qeyd edək ki, yaxın iki həftə ərzində La Liqa oyunları keçirilməyəcək. Bundan başqa, “Real”ın Çempionlar Liqasında "Mançester Siti" ilə qarşılaşması təxirə salınıb.