El-Klassikonu stadiondan canlı izləyən Kriştiano Ronaldo "Real"ın prezidenti Fiorentina Perezin  təklifini qəbul etməyib.

 Offsideplus.az xəbər verir ki, klub rəhbəri oyunu "skybox"dan portuqaliyalı ilə birgə izləmək istəyib. Ronaldo isə bu təklifə etiraz edib. O, "Yuventus"un üzvü olduğunu və mediadan söz-söhbətlər yaranmaması üçün bu addımı atıb.

"Marca"nın məlumatına görə, portuqaliyalı hücumçu stadionu 10 dəqiqə tez tərk edib. O, Mariono Diazın qolunu izləyə bilməyib. Buna səbəb Ronaldonun klub rəsmilərindən kimsə ilə danışmaq və media mənsublarının suallarını cavablamaq istəməməsi olub.