“Barselona”nın kapitanı Andres İnyesta maraqlı açıqlaması ilə gündəmə gəlib.
Offsideplus.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Lionel Messini tərifləyib.
O, argentinalı futbolçu ilə yaxşı anlaşdıqlarını bildirib: “Messi ilə bir-birimizi danışmadan başa düşürük. Praktiki olaraq, bütün karyeramızı bir yerdə keçirmişik. Odu ki, xasiyyət və oyunumuza yaxşı bələdik. Messinin hansı zonaya açılacağını, haraya ötürmə verməli olduğumu, onun topu necə qəbul edəcəyini yaxşı bilirəm. Aramızdakı anlaşma getdikcə daha da inkişaf edir. Messini görmədən belə, onun meydanın harasında olduğunu hiss edirəm. Bu, öz-özünə alınır”.
Qeyd edək ki, Andres İnyesta 2002, Lionel Messi isə 2004-cü ildən “Barselona”nın əsas komandasında oynayır.