"Real"ın İspaniya La Liqasının XXVI turunda "Barselona" ilə oyunu 3 futbolçusu üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin üzvləri - Lukas Vaskez, İsko və Kərim Benzema El-Klassikoda yubiley matçlarına çıxıblar. Fransalı hücumçu "Kral"ın heyətində 500 oyunda iştirak edib. Vaskez 200, İsko isə 300-cü dəfə "Real"ın formasını geyinmiş olub.
Madrid klubunun prezidenti Fiorentina Perez qarşılaşmadan sonra hər üç futbolçuya keçirdikləri oyun saylarının yazıldığı forma hədiyyə edib.
Qeyd edək ki, El-Klassikoda "Real" "Barselona"nı Vinisius və Diazın qolları ilə 2:0 hesabı ilə məğlub edib.