Madrid "Real"ı yay transfer pəncərəsi dövründə heyətini daha bir futbolçu ilə gücləndirməyə çalışır.
Offsideplus.az "Don Balon"a istinadən xəbər verir ki, "kral klubu"nun əsas hədəflərindən biri "Renn"in oyunçusu Eduardo Kamavinqadır. "Real" 17 yaşlı futbolçu üçün Fransa təmsilçisinə 60 milyon avro təklif edir.
Sözügedən futbolçu "Barselona"nın da maraq dairəsindədir.
Qeyd edək ki, anqolalı yarımmüdafiəçi "Liqa 1"də çıxdığı 23 oyunda bir dəfə qol vurub.