İspaniya millisinin sabiq üzvü Xabi Alonso 8 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Offsideplus.az xəbər verir ki, veteran futbolçu vergidən yayınmaqda ittiham olunur. Hüquq-mühafizə orqanlarının araşdırması zamanı Alonsonun 3 vergi maxinasiyasının üstü açılıb. Onun öz əməlini həyata keçirmək üçün şirkətlərdən biri ilə əməkdaşlıq etdiyi bildirilir.
Qeyd edək ki, Alonsonun nə zaman məhkəmə qarşısına çıxacağı açıqlanmayıb.