Londonun "Çelsi" klubu "Real"ın ulduzu İskoya "elçi" düşüb.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" yay transfer pəncərəsində 27 yaşlı ispaniyalı futbolçunu sıralarına qatmaq niyyətindədir. London klubu bu keçid üçün qarşı tərəfə 75 milyon avro təklif edir. Hücumameyilli yarımmüdafiəçinin keçidində İngiltərənin digər iki klubu - "Arsenal" və "Mançester Siti" klubları da maraqlıdır.

Hətta PSJ klubu da İsko üçün dövrəyə girib. Paris təmsilçisi Mbappe satılacağı təqdirdə ilk planlarından birinin İsko olduğunu bəyan edib. 

Qeyd edək ki, bir müddət əvvəl ispaniyalı futbolçunun Londona köçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.