"Barselona" klubunun ulduz futbolçularından biri İvan Rakitiç karyerasını A Seriyada davam etdirə bilər.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, 31 yaşlı xorvatiyalı futbolçu "Yuventus"a keçmək istəyir. "Barselona"da gələcək karyerasının şübhə altında olduğunu deyən Rakitiçin qış transfer pəncərəsi dövründə "İnter" və "Yuventus" klubları ilə sıx əlaqələrinin olduğu yazılıb. Yarımmüdafiəçinin Kristiano Ronaldo ilə eyni komandada oynamaq istədiyi bildirilir. Onun "Barselona" ilə olan müqaviləsi 2021-ci il mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, "Barselona" rəhbərliyi Neymarı qaytarmq üçün müəyyən məbləğ və Rakitiçi PSJ-yə təklif edir. Futbolçu ilə həmçinin İngiltərənin "Mançester Yunayted" klubu da maraqlanır.