"Barselona"nın forvardı Lionel Messi İspaniya çempionatının "Betis" lə oyununda (3:2) üç məhsuldar ötürmə edib.

Offsideplus.az xəbər verir ki, argentinalı ötən turda, "Levante" ilə oyunda da (2:1) hər 2 qolun ötürməsini etmişdi. 

49 xalla ikinci olan Kataloniya klubunun cari mövsümdə turnirdəki 11 qolu Messinin ötürmələrindən sonra vurulub. Futbolçu meydanda olduğu 18 oyunda 14 qol vurmağa müvəffəq olub.