“Barselona” futbol klubu hücumçu Lionel Messinin Katalon klubunu tərk edib-etməməsi məsələsinə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu klubun idman direktoru Erik Abidalla qarşıdurmaya baxmayaraq, qarşıdan gələn yayda komandanı tərk etməyə hazırlaşmır.
Messi "Barselona”da ən azı müqavilə müddətinin sonuna kimi - 2021-ci ilin 30 iyununa qədər qalmağı planlaşdırır. Onun müqavilə müddətinin uzadılmasına qarşı olmadığı deyilir. Messi daha əvvəl karyerasını "Barselona"da bitirəcəyini açıqlamışdı.
Xatırladaq ki, Lionel Messi ilə komandanın idman direktoru Erik Abidal arasına münaqişə "Instagram"da yaranıb. Argentinalı hücumçu Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə reaksiya verib. Abidal iddia edib ki, komanda Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. Lakin Messi klub rəsmisindən narazıların adlarını çəkməsini tələb edib. Messi klubun məşqlərində ayrı-ayrı günlərdə Pike və Ter Ştegenlə də münaqişə yaşayıb.