"Barselona"nın hücumçusu Lionel Messi Kataloniya klubundakı vəziyyətdən narazıdır.
Offsideplus.az xəbər verir ki, jurnalist Xuanma Kastano bu barədə yazıb.
Kastanonun sözlərinə görə, Messi "Barselona"da baş verən hər şeyə görə məsuliyyət daşımaqdan bezib. Argentinalı ulduz ona göstərilən münasibətdən məmnun deyilş Messini ən çox qəzəbləndirən isə klubun idman direktoru Erik Abidalın son müsahibəsində səsləndirdiyi fikirlər olub.
Qeyd olunur ki, Messi Ernesto Valverdenin "Barselona"nın baş məşqçisi vəzifəsindən istefasına qarşı çıxıb. Komandada mütəxəssisə dəstək verən oyunçular o və Luis Suarez olub.
Xatırladaq ki, dünən Messi ilə Abidal arasında münaqişə baş verib. İdman direktoru müsahibəsində "BarSa"nın keçmiş baş məşqçisi Ernesto Valverdenin işindən "çox oyunçunun məmnun olmadığını, buna görə də zəif nəticə göstərildiyini" bildirib. Messi bu açıqlamaya kəskin reaksiya göstərərək "oyunçuların adlarını çəkilməli" olduğunu qeyd edərək, "hamının məsuliyyət daşıdığını" vurğulayıb.