Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edib.

Offsideplus.az xəbər verir ki, o, argentinalı hücumçunun portuqaliyalı oyunçudan daha yaxşı olduğunu deyib:

"Ronaldonun statistikası möhtəşəmdir. İnsanlar onu sevə və ya nifrət edə, heyran ola, eyni zamanda təhqir edə bilərlər. Amma o, mənim üçün tarixin ən yaxşı oyunçularından biridir. Ancaq Messi ondan daha yaxşıdır. Onun da statistikası əladır. Messi sehrli və səhvsiz futbol oynayır".